Səssiz komikslər ölkəmizdə nə qədər az tanınsa da, dünyada oxucuları tərəfindən çox sevilərək tükədilən bir komiks janrıdır.
Bu janrın "səssiz" adlanması - elə göründüyü kimi - bu komikslərdə dialoqlardan heç istifadə edilməməsi, yaxud çox kiçik bir miqdarda istifadə edilməsidir. Səssiz komikslərdə rəssamlar oxuculara hadisələri təkcə rəsmlər vasitəsilə ötürür. Buna görə də bu janrda komiks çəkmək qat-qat daha çətindir. Oxucunun hadisələri ən yaxşı şəkildə başa düşməsi üçün normaldan daha çox panel çəkilir, lakin ümumilikdə normaldan daha qısa olur səssiz komikslər və məzəli mövzuya sahib olurlar əksər vaxtlarda. Buna baxmayaraq, qismən uzun, ciddi səssiz komikslər də mövcuddur, təbii ki. Lakin uzun və dərin mənaya malik, maraqlı dialoqsuz komiks çəkmək böyük səriştə tələb edir.
Bunlar eyni zamanda Pantomima Komiksləri, yaxud Dialoqsuz Komikslər də adlanırlar. Pantomima danışıq olmadan, məzmunun mimika və jestlərlə təqdim edildiyi teatr tamaşasıdır.
Səssiz komikslər müxtəlif oxucular tərəfindən müxtəlif şəkillərdə başa düşülə bilər - burda əsas rolu rəsmlər oynayır.
Pantomima komiksləri dialoqsuz olduqları üçün istər-istəməz qlobal olur və daha çox oxucunun rahatlıqla komikslə tanış olmasına yol açırlar. Eyni zamanda başqa ölkələrdə -tərcümə olunacaq bir şey olmadığı üçün - nəşri asan olur.
Ümumilikdə komikslərdə əksər oxucular rəsmlərdən çox mövzuya diqqət etsələr də, pantomima komikslərində rəsmlər daha ön plana çıxır. Buna görə də rəssam daha detaylı və əsrarəngiz arxa planlar, obrazlar yaratmaq öhdəliyinə sahib olurlar.
Səssiz komikslərə böyük töhfələr vermiş olan Sercio Araqones (Sergio Aragonés), Lind Uard (Lynd Ward), Şaun Tan (Shaun Tan) və s. kimi dəyərli rəssamlar mövcuddur. Eyni zamanda bura - yaxınlarda ilk nəşr olunmuş əsəri olan "Qəribə Hekayələr və Miflər" (Tuhaf Hikayeler ve Mitler) komiksini əldə etdiyim - Türkiyədə bu janrda çəkən tək-tük, bəlkə də, elə tək rəssam olan Ozan Bilaloğlu da daxildir.