Gönderi

Puan vermedi·576 syf.··
2025 30. kitabı
·
21 saatte okudu
·
Okunma: 02 Haziran 2025 10:29
Faydalı bir kitab oxuduğum zaman yeni bir dost qazanmış kimi hiss edirəm. Nə vaxtsa kitabını oxudugum müəllifin yeni bir kitabını oxuduqda isə köhnə bir dostu yad edirəm... Müəllifl "Getmə" romanı ilə tanımışdım.Dərin və duygu dolu kitab idi.. Daha sonra "Katyuşa" indi isə "Günəşdən o yanda" adlı romanla..Romanın nədən bəhs etdiyini bilməsəm də, müəllifin dərin düşüncələrinə "Getmə" adlı romanda yaratdıgı Həmid obrazı sayəsində əmin idim. Günəşdən o yanda kitabının ilk səhifələrdə, yazıçı təxəyyülünün məni hara aparacağına dair fikirlərim qarışıq olsa da, (bəzi səhnələr insanı iyrəndirməklə bərabər, eyni zamanda insanı içdən silkələyir) oxumaq maragı daha üstün gəlirdi.. Məkanlar konkret deyil , rəmzidir, insanın içində qurdugu həbsxana kimi , qəhrəmanlar real görünür amma insan deyil, bir hiss, bir fikri təmsil edirlər. Ümumilikdə kitab həm fəlsəfi fikirlərlə, dərinliklərlə bol, eyni zamanda realistlik payı olan, mistik kitabdır.. Ədəbiyyatın ən güclü tərəfi də budur – bəzən bizim özümüz belə ifadə edə bilmədiyimiz hissləri sözlər vasitəsilə bizə göstərir, izah edir, bəzən də bizi tam içimizdə gizlətdiyimizlə üz - üzə qoyur. "Bu dünyaya gəlmək artıq məğlubiyyətdir. Sonadək ən yaxşı halda nəfsimizlə, ən pis halda mənsəb, maddiyyat ugrunda mübarizə aparırıq"(romandan) Ümumilikdə əsərdə olan dialoqlar, təsvirlər, yaradılış, insanın özünü dərk etməsi, qiyamət, yox olmaq mövzuları insanın daxili dünyasının və cəmiyyətə olan münasibətini, eyni zamanda inanc həm şübhə ilə üz - üzə qoyur. " Kitabı müqəddəs edən yazandan çox, oxuyanın fərdi keyfiyyətidir. Gözüaçıq dərk edənin əlində faydalı, gözüyumulu itaət edənin əlində faydasız və təhlükədir dini kitablar"(romandan) Romanında Filosof obrazının düşüncələrini bəyəndiyim qədər, hakim obrazına çox üzüldüm.. Hakim obrazı ilk baxışdan soyuq, məsafəli və güc sahibi kimi görünə bilər, amma onun həyat hekayəsini öyrəndikdə, sanki içində qapalı qalmış bir uşaqla, itirilmiş bir insanla qarşılaşdım..Müəllifin dediyi kimi " ən sürüşkən quyu, ən dərin yargan, ən çıxılmaz uçurum əslində, insanın içində imiş".. (romandan) Oxuduqlarını "sadəcə əyləncə" kimi deyil özünü anlamaq və sagalmaq vasitəsi kimi görənlər üçün şəfqət və şiddətlə tövsiyyə edirəm.. Zamanın içində hamımız qaçırıq, sosial media, xəbər lentləri, ekranlar... Bu cür kitablar isə, səni oturdur, daxilinə yönəldir, susmağa və dinləməyə çagırır.. Oxudugun sətrlərdə başqasını yox, özünü tapırsan.. Allah insanı çölünün yox, içinin xarabalıgından qorusun.... (romandan)
Günəşdən O Yandaİlqar Rəsul · Qanun Nəşriyyatı · 20251 okunma
·
54 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.