Puan vermedi·224 syf.··
2023 28. kitabı
·
1 saatte okudu
·
Okunma: 04 Mart 2023 00:00
Böyük sələfləri kimi yalnız şair deyil, həm də mütəfəkkir olan Füzulinin yaradıcılığı son dərəcə zəngin və rəngarəngdir. Özünü təfəkkür atəşi içində əridən sənətkar Azərbaycan əruzunun orta əsrlərdə ən parlaq, ən dahiyanə nümunələri olan qiymətli əsərlərini ana dilində yaratmış, bununla yanaşı ərəb və fars dillərində də klassik bədii nəsrin gözəl örnəklərini qələmə almışdır. Fars dilində yaradıcılığı farsca divanla məhdudlaşmayan şair bu dildə "Rindü Zahid", "Səhhət və Mərəz", həmçinin ərəbcə "Mətlə ül-etiqad" adlı elmi-fəlsəfi tutumlu əsərlər müəllifi kimi də tanınmışdır. "Rindü Zahid" Yaxın Şərq ədəbiyyatı tarixində mükalimə tərzində yazılmış böyük bir hekayədir. Burada ata ilə oğul arasında gedən müsahibə əsasında dövrün ictimai, siyasi və əxlaqi məsələləri mühakimə edilir. "Səhhət və Mərəz" əsərində Füzuli öz dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin qiymətli nümunəsini yaratmışdır. "Mətlə ül-etiqad" isə sırf fəlsəfi məsələlər: bilik, elm, din, ilk yaradılış və yunan filosoflarının bununla bağlı görüşləri, Allahın varlığı, peyğəmbərlik, məhşər, dünyanın sonu ilə əlaqədar baxışlar öz yığcam əksini tapmışdır. "Əsərləri"nin təqdim olunan cildi dahi şairin ərəb və fars dillərində yazdığı bu nəsr əsərləri ilə bərabər Nizami "Yeddi gözəli səbkində olan farsca "Yeddi cam" poemasının tərcümələrini, farsca qəzəl və qəsidələrinin sətri tərcümələrini, eləcədə Füzuli adına yazılmış şeirləri əhatə edir.
Əsərləri - V CildFuzuli · Şərq-Qərb Nəşriyyatı · 20057 okunma
·
56 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.