·144 syf.····Okunma: 08 Haziran 2025 00:00 Əsər 10 yaşlı Jan adlı bir oğlan uşağının gözündən təqdim olunur. Jan valideynləri ilə Barselonadan babasının yanına köçür və səbəbini bilmədən. Bu köç, onun üçün həm coğrafi, həm də psixoloji bir dəyişiklikdir. Hekayə boyunca oxucu Janın dəyişən ailə münasibətlərini, babası ilə qurduğu sakit, lakin dərin bağları və ətrafındakı böyüklərin gizlətməyə çalışdığı həqiqətləri izləyir. Jan uşaqlıq ilə yetkinlik arasındakı keçid mərhələsindədir. Əsər onun uşaq baxış bucağı ilə qurulsa da, oxucu bu sadə baxış arxasında çox qatlı psixoloji qatların olduğunu hiss edir. Jan böyüklərin davranışlarında bir uyğunsuzluq hiss edir, lakin bu uyğunsuzluğu tam anlamaq üçün yetərincə məlumat və ya təcrübəyə sahib deyil. Bu isə güvən və inam böhranı doğurur. Xüsusilə valideynlərin davranışlarındakı dəyişikliklər, onun "doğru və yalan" arasındakı sərhədləri sorğulamasına səbəb olur. Böyüklər bir çox mövzularda susurlar. Xəstəlik, ölüm, münasibətlər və keçmiş... Bunlar barədə açıq danışılmır. Bu isə uşağın psixikasında qapanmalar, öz fantaziyası ilə reallıq arasında sərhədləri bulanıqlaşdırmalar yaradır. Hətta Jan bir növ “böyüklərin sirr daşıyıcısı”na çevrilir. Jan, bu köklərlə ilk dəfə üzləşir və fərqində olmadan ailə tarixinin daşıyıcısına çevrilir. Psixoloji olaraq yəqin ki bu, onun üçün bir mənlik axtarışı və öz kimliyini dərk etmə prosesidi. Kitabda uşağın iç dünyasının sükutla necə zəngin ola biləcəyini göstərir. Tina Vallès-in dili sadə idi bu kitabı, amma poetik və dərin. Onun dili bir uşağın dili kimi görünür, amma arxa planda yetkin bir müşahidəçi, yazıçı və psixoloq durur sanki.