Muhteşem Kanuni #y:45109
Kitab S. Qanunin dövründən bəhs edir. Daha çox Avropa ilə münasibətləri, saray əyanları və yoldaşları haqqında, az bir qismində isə Səfəvilərlə münasibəti, və Osmanlıda həyat, saraydakı işçilər barədə məlumat vardır. Avropa haqqında yazılanlar maraqlı olsa da, Səfəvi dövləti haqqında yazılanlar bir o qədər ədalətsiz idi. Həmçinin kitabda Səfəvilər İran dövləti, İran ərazisi olaraq sayılır.
Təhmasibi dümyanın ən içki düşkünü, qardaş qatili hökmdarı kimi təqdim etmişdilər. Halbuki 600 illik Osmanlı tarixinə baxsaq bundan daha betərlərini öz hökmdarları etmişdir.
Elə də axıcı bir kitab deyildi. Osmanlı tarixi sevən biri üçün bəlkə maraqlı gələ bilər.
Kitabın içindəkiləri 4 əsas mövzuya bölmək olar:
1. Süleymanın gəncliyi, vəzirləri və yaxınları haqqında məlumatlar
2. Süleymanın dövründə Osmanlıda həyat
3. Süleymanın dövründə işğallar və Avropa dövlətləri ilə münasibətlər
4. Süleymanın hökmdarlığının son illərində Anadoluda vəziyyət, Oğulları arasında taxt mübarizəsi, Səfəvilərlə mübarizə