Gönderi

9/10
·96 syf.··
Beğendi
·
2025 13. kitabı
·
1 saatte okudu
·
Okunma: 24 Haziran 2025 08:57
Nail Nəvai Rəngli Xəyallar Nail Nəvainin “Rəngli Xəyallar” adlı bu kitabı mənim üçün sadəcə bir həyat hekayəsi deyil, ruhuma toxunan bir ümid məktubu oldu. Müəllif fiziki məhdudiyyətlərlə yaşasa da, bu məhdudiyyətlərə boyun əyməyib. Əksinə, onları aşaraq, öz həyatını elə gözəl və işıqlı şəkildə yazıb ki, insan oxuduqca həm kövrəlir, həm də ayağa qalxmaq gücü tapır.Kitabın hər səhifəsində müəllifin qəlbinin səsi eşidilir. O danışmır, sanki içindən süzülən duyğuları bizə ötürür. Həyatın hər üzünü görmüş biri olaraq, oxucuya da deyir: “Mən bacardım, sən də bacararsan”. Ən təsirli yeri isə, heç şübhəsiz kitabın son cümlələridir: “Gözləmə, özün öz möcüzəni yarat, özün özünü sev, özün öz qəlbində ümidlərini böyüdüb başqalarına ümid ol. Səhər günəş doğmasını gözləmə, özün öz gülüşünlə ruhunun qaranlığını məhv et. Amma əsla gözləmə. Çünki bu həyatda gözləyənlər yox, kədərə inad gülümsəyib, ayrılığa inad sevib, ölümə inad yaşayanlar qalibdir, unutma.” Bu sözlər insana çox şey deyir. Mənim üçün bu kitab bir dərs oldu. Sadəcə müəllifin həyat hekayəsini oxumadım, öz həyatım haqqında da düşündüm. Hər birimiz zaman-zaman gözləyirik – yaxşı günləri, anlayan insanları, dəstəyi… Amma bu kitab deyir ki, sən gözləmə! Öz gülüşünlə qaranlığı dağıt, öz içində sevgi yarat, ümid yarat və başqalarına da ümid ol.Əgər ruhun yorulubsa, gələcəyin qarışıq görünürsə, sanki heç nə alınmırsa – bu kitabı mütləq oxu. Söz verirəm, içində bir işıq yanacaq. Və sən o işıqla yolunu görəcəksən.Bu kitabı mən oxudum, və deyirəm ki: sən də oxu. Özünü bir az daha yaxşı tanımaq, içindəki gücü tapmaq və bir daha heç vaxt ümidsizliyə qapılmamaq üçün. Unutma – bu həyat yaşamağa dəyər. Və sən buna layiqsən.
1000Kitap
Rəngli XəyallarNail Nəvai · Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi · 20211 okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.