Gönderi

Rəqəmsal Qala – Dan Brown
10/10
·544 syf.··
Beğendi
·
2025 7. kitabı
·
49 günde okudu
·
Okunma: 26 Haziran 2025 14:35
Dan Brown-un “Rəqəmsal Qala” əsərini oxuyub bitirdikdən sonra içimdə həm qəribə bir heyranlıq, həm də bir az “mən necə bu qədər çaşa bilərdim?” hissi qaldı. Roman, oxucuya sadəcə maraqlı süjet deyil, həm də hadisələrin arxasında baş verən zehni oyunları, seçimlərin bəzən necə taleyüklü ola biləcəyini göstərir. Əsərin ən güclü tərəfi — daim dəyişən ehtimallar və yanlış yönləndirmələrlə oxucunun zehni ilə “oynaması”dır. Hər səhifədə yeni bir versiyam yaranırdı, hər detala başqa cür baxmağa başlayırdım. Elə bir nöqtəyə gəlirdim ki, artıq kimin haqlı, kimin günahkar olduğunu bilmək mümkünsüz görünürdü — və məhz bu qeyri-müəyyənlik, bu daim dəyişən ehtimallar oxucuya tam bir “zehni macəra” yaşadır. Stratmor obrazı məni xüsusilə çox düşündürdü. Onun Syuzan Fletçerə olan hissləri, onu qazanmaq üçün getdiyi yollar, ilk baxışdan səmimi və müdrik görünən bir insanın içində gizlənən hirs, ehtiras və nəzarət istəyi… Bütün bunlar romanın dramatik xəttinə çox gözəl bir dərinlik qatır. Sonda isə öz planlarının qurbanına çevrilməsi - yəni ən təhlükəli düşmənin bəzən insanın öz niyyəti ola biləcəyini göstərir. Əsərin emosional mərkəzində isə Syuzan və Devid dayanır. Onların bir-birlərini ölümə yaxın anlarda xatırlayaraq yaşamaq uğrunda apardıqları mübarizə, sevginin sadəcə duyğu deyil, bəzən insanı ayaqda tutan yeganə ümid olduğunu göstərir. Əsərdə Syuzan və Mic kimi ağıllı, prinsipial və öz sahəsində peşəkar qadınların obrazları isə xüsusi dəyərlidir. Onları oxumaq mənə həm motivasiya verdi, həm də bir qadın oxucu kimi qürur yaşatdı. Və əlbəttə, kriptoqrafiya ilə bağlı verilən məlumatlar, texniki anlayışlar romanı daha da maraqlı etdi. Sadəcə hadisə ardıcıllığı deyil, həm də elmə, texnologiyaya toxunan bu məlumatlar romanı zənginləşdirir və real dünya ilə bağ qurmağa imkan verir. Sonda nə qədər fərziyyələr irəli sürsəm də, hər biri yanlış çıxdı. Elə bu da Dan Brown-un qələminin gücüdür – sənə ağlına belə gəlməyəcək yerlərdən zərbə vurur və kitabı bitirəndə bir anlıq sadəcə donub qalırsan. Qısacası, zəkaların toqquşduğu, sevginin gücünün sınağa çəkildiyi, texnologiyanın təhlükəli tərəflərinə işıq tutan, nəfəs kəsən bir roman oxudum. Bu kitabı bitirmək – eyni zamanda bir sirrin içindən sağ-salamat çıxmaq kimi idi. Dan Brown Rəqəmsal Qala
Rəqəmsal QalaDan Brown · Qanun Nəşriyyatı · 201222,7bin okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.