Gönderi

Valideynlər bu kitabı oxusun…
10/10
·395 syf.··
2025 5. kitabı
·
73 günde okudu
·
Okunma: 30 Haziran 2025 01:21
Valideynlik haqqında oxuduğum ən sistemli kitablardan biri idi. Yaxşı idi amma razılaşmadığım hissələr var idi hansı ki, yazar tamamilə bu qaydaları rədd edirdi. Amma bunların olması normaldır, yanaşma tərzinə və mədəniyyət fərqlərini nəzərə alaraq rəy bildirməyim daha doğru olar. Valideynlərə yararlı çoxlu tövsiyə və izahlar qeyd olunmuşdu, düşünürəm ki, özüm də valideyn seanslarımda istifadə edə biləcəm. Praktik izahlarla doğru sərhəd qoyma yolları qeyd olunmuşdu. 3 tip valideyn tutumunun etaplı şəkildə yararları və zərərləri barədə geniş məlumat aldım. İllərlə uşaqların məruz qaldığı və valideynlərin fərqində olmadan etdikləri uşaq yetişdirmədə çatışmazlıqları bir daha fərq etdim. Oxuduqca oxutduran, valideynlərə fərqli baxış bucağı yaradacaq kitab olduğunu düşünürəm.
Etkili Anne - Baba EğitimiThomas Gordon · Profil Yayıncılık · 2008555 okunma
·
154 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.