·306 syf.····Okunma: 02 Temmuz 2025 23:28 Real hadisə əsasında yazılmış bu roman oxuduğum kitablar arasında ən sevdiklərimdən birinə çevrildi. Somalinin Moqadişo ərazisində yaşayan Samiyənin mübarizələrlə dolu həyat hekayəsindən bəhs edirdi kitab. Uşaq vaxtından ona öyrədilənlərə əməl edir və öz arzularının arxasınca gedilməsi söylənilən bu qız heç bir zaman ümidini itirmir hər daim əzmlə arzusuna çatmaq üçün hər şeyi edirdi. Yaşadığı ərazi münaqişəli yer olsada o daim arzusu olan idmanı çətinliklərə baxmayaraq heç bir zaman buraxmırdı. Samiyə mənə görə çox güclü qız idi daxilindəki güc onu istəklərini həyata keçirməyə sövq edirdi və o bacardığı qədər uşaqlıqdan da atasının ona dediyi “Samiyə, heç vaxt qorxduğunu söyləmə” sözlərini ona deyirdi bu sözün gücünə inanaraq və heç bir şeyin çətinliyindən qorxmurdu. O, yaşadığı bəzi hadisələrə görə doğulub böyüdüyü yerdən getmək istəyirdi və heç vaxt bura qayıtmaq istəmirdi amma bir zamanlar o heç vaxt yaşadığı torpaqlardan getməyəcəyini deyirdi. Samiyə qərarını verərək hər şeyi gözə alaraq Moqadişonu tərk edir.O yola çıxdığı səhayətindəki çətinliklərə baxmayaraq orda belə güclü qalmağa çalışır, çünki , onun daxilindəki arzu, istək və məqsədlərinə çatmaq ona yaşam enerjisi verirdi. Kitabın son səhiflərində artıq görə bilərik ki, Samiyə çətin keçən səhayəti , hər şeyə rəğmən uğurla sona çatır və o arzusunda olduğu , Londonda keçirilən Olimpiada iştirak edir. Kitabın yaxşı sonluqnan bitməsi məni sevindirdi və demək istəyirəm ki, Samiyə obrazı mənə görə yaşadığı çətinliklərə baxmayaraq, həyata qarşı müsbət düşüncəli və qarşısına qoyduğu məqsədlərə çatana qədər onu buraxmayanlar üçündür.