·484 syf.··Beğendi
···Okunma: 08 Temmuz 2025 12:53 Nyu-York polis idarəsinin keçmiş istintaqçısı Devid Qörni təqaüdə çıxaraq həyat yoldaşı ilə birlikdə sakit kənd evində yaşayır.Lakin bir gün universitet vaxtından tanıdığı bir tanışı olan Mark Melleri ondan yardım istəyir.Melleri anonim məktublar alır və bu məktublarda tükürpədici bir şey var: göndərici,Markdan fikrində bir rəqəm tutmasını istəyir və sonra da Markın düşündüyü rəqəmi dəqiq şəkildə bilir.
Bu müəmmalı vəziyyət getdikcə təhlükəli bir hal alır.Qısa müddət sonra Mark Melleri öldürülür.Devid Qörni isə bu işin arxasında çox ağıllı,manipulyasiya bacarığı yüksək bir qatilin olduğunu anlayır və istintaqa qoşulur. Cinayətkarın tərzi son dərəcə unikal və intellektualdır,belə ki,o,qurbanlarının psixologiyasını dərindən analiz edərək onlarla “oynayır”.
“Fikrində bir ədəd tut” romanı, oxucunu ilk səhifədən etibarən özünə çəkir. Cinayətin mürəkkəbliyi,Detektiv Qörninin analitik düşüncə tərzi və əsərin psixoloji dərinliyi onu klassik detektiv sevərlərin zövqünə uyğun edir.Əsər sirr,qorxu və olduqca maraqlı süjet xəttinə malikdir.