Gönderi

10/10
·325 syf.··
2025 1. kitabı
·
19 günde okudu
·
Okunma: 09 Temmuz 2025 13:23
Bilmirəm, qəribə hiss edirəm. İnsan neçə qatdan ibarətdir? Ya da onun əsası hansı hissədədir? Haraya qarşı məsuliyyət daşıyır? Hansı hissədə o mən tamamlanır? İnsan həqiqətən də anlaşılmaq, sevgi görmək və aid olmaq üçünmü yaşayır? Charlie ağıllı olmaq istədi, bəs buna səbəb nə idi? Başqaları kimi olmaq istəyirdi. Bəs başqaları kim idi? İnsanda sevilən dəyər görən hansı hisslərdi? Dostları onu niyə sevirdi, özlərini üstün gördükləri üçünmü, Charlie-nin yanında özlərini daha ağıllı hiss etdikləri, daim birilərinin onlara ehtiyacları olduğunu hiss etdikləri üçünmü? Charlie onları yetərsiz hiss etdirdikdən sonramı ondan üz döndərdilər, yoxsa səbəb başqa idimi? Saflıq necə yaranır? Saf kimə deyirik? Hissləri saf olanlara yoxsa hər şeyə inanan insanlara? Charlie saf idi yoxsa əfəl? Saflıq niyə bu qədər dəyər görür? Nə qədər ağıllı olmaq kifayətdir sevilmək və dəyər görmək üçün? Sərhədd harada çəkilir? Yaradılış müdaxilə istəyirmi? Xatirələri belə olmayan insan, onları belə xatırlamayan insan necə var ola bilir? İnsanın mübarizəsi kiminlədir?…
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 202536,5bin okunma
·
31 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.