Gönderi

10/10
·372 syf.··
2025 14. kitabı
George Orwel bu romanında totalitarizmin insanları necə təsir altında saxladığını, onların təkcə davranışlarına yox, həm də düşüncələrinə necə nüfuz edə bildiyini, insanları şüursuzlaşdırdıqlarını (manqurtlaşdırdıqlarını) ətraflı şəkildə izah etmişdir. Oxuduqca sanki həmin rejimi özüm də yaşayırdım. Baş qəhraman Uitson Smit partiyaya sadiq olduğunu göstərməyə çalışsa da, əslində ona nifrət edir və onun kimi düşünən digər insanların da olduğuna inanırdı. Əsərin gedişatında gerçəkliyi axtarmağa, sərbəstliyi və sevgini yaşamağa çalışmışdı. Culiya adlı qadınla münasibət qurmuş, birlikdə əxlaq qaydalarını pozaraq dünyada saxta ləyaqət, fəzilət kimi qələmə verilən hər şeyin məhv olmasını arzulayırdılar. Heyvani instinkt, idarəedilməz şəhvət duyğusu partiyanı parçalayıb dağıda biləcək yeganə qüvvə idi. İnandıqları insan fikir polisi əməkdaşı çıxanda yolları ayrılmış, totalitar rejimin işgəncələrinə məruz qalmışdılar. Uitson son ana qədər dirənmiş, insanın şüuruna nüfuz etməyin onun iradəsindən kənar olduğunu, insan ruhunun bir gün partiyanın tilsimini qıra biləcəyini müdafiə etmişdir. Şüurunu təslim edib, ruhunu isə toxunulmaz saxlayacağına ümid bəsləyirdi. Lakin totalitarizmin insana təzyiqi o qədər güclüdür ki, ən sonunda Uitson’un dirənci qırılmışdı. Onun daxilinə nüfuz etməyi bacarmışdılar. 2+2=5 olduğunu qəbullanmışdı, eyni zamanda o öz üzərində qələbə çalmışdı və o artıq Böyük Qardaşı sevirdi. Tam da doğru bir zamanda kəşf elədiyim və oxuduğum kitab oldu. Çooox bəyəndim, insanı bir müddət boş divarı seyr etməyə təşviq edir.
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023200bin okunma
·
164 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.