·544 syf.··Beğendi
···Okunma: 15 Temmuz 2025 17:58 Kitab olduqca çox məlumat ötürür və bunu quru quru yox şeir kimi axıcı şəklində edir. Iki ayaq üstündə yerimək üçün belini doğruldan əcdadlarımızdan bugünə, yəni hərşeyin avtomatikləşdiyi demək olar ki yeriməyə və ya başqa fiziki hərəkətə ehtiyacın qalmadığı dövrə qədər yeriməyin dəyişən məna və məqsədinə dərin bir baxış keçirir. Tarix, insan haqları, feminizim ( yazıçı qadındır ), ədəbiyyat, inqilablar və bir çox şeyi yerimək üzərindən oxuyur. Bu baxış bucağı olduqca maraqlı və təəccüb doğurandı. Oxuduqca her yere - ən azından gücüm çatan her yere ayaqlarımı istifadə edərək getməyə çalışıram. Kitab mənə bədənimin və əzələlerimin mənim əmrimdə olduğunu xatırlatdı. Yəni həm psixoloji həm fiziki həm də zehni olaraq olduqca faydalı oldu.
Yazıçının da dediyi kimi " Yerimək özündə bir başqaldırıdır".