·150 syf.····Okunma: 16 Temmuz 2025 18:00 Makiavellinin yazdığı "Hökmdar" sadəcə politoloqlar və siyasi təhlilçilər üçün deyil, ümumi əhali üçün də mütləq oxunmalı olan kitablardan biridir. Siyasətin pərdəarxasını, hakimiyyətin əldə olunması və qorunması yollarını çox açıq və real şəkildə izah edən bu kitab hər bir oxucunu düşündürür. Siyasətin bəzən nə qədər sərt və amansız olduğunu göstərir, lakin bu, insanda qorxu yaratmaqdan çox, dünyaya daha real baxmağı öyrədir.
Uzun müddətdən sonra bəlkə də hər səhifəsindən məlumat əldə etdiyim kitab məhz bu olar. Əsas üstünlüklərindən biri də odur ki, dil və üslub sadə, mövzu isə dərindir. Kitab oxucuya sadəcə bir hökmdarın necə davranmalı olduğunu yox, ümumiyyətlə insanların idarə edilməsi və psixologiyası haqqında da fikir verir.