Puan vermedi·212 syf.··
2025 109. kitabı
·
3 günde okudu
·
Okunma: 17 Temmuz 2025 01:28
Əsər İran-Azərbaycan sərhədi boyu yaşayan insanların faciəsindən bəhs edir. Sevgi hekayəsi olmaqla yanaşı, həm də vətən həsrəti, insanların ağrı, acısı, həmçinin Azərbaycanın ərazi bütövlüyünü pozmaq üçün ermənilərin, rusların törətdiyi təxribatlar diqqəti cəld edir. Əsər Muradxan ilə Könül obrazının sevgi hekayəsi ilə başlayır. Daha sonra Muradxan hərbiyə çağırılır. Və o Könülə geri dönəcəyinə dair söz verir. “Əgər sənə xəyanət eləsəm, məzarımda çiçəklər yox, yarpızlar bitsin”. “Məni gözlə, gələcəm, sevda günəşimizi sönməyə qoymayacam”. Lakin Muradxan getdikdən sonra Könülü nişanlayırlar, toyuna bir neçə gün qalmış özünü Araza ataraq illər boyu ailəsindən uzaq yerdə yaşayır. Lakin, həmin gənclərin qismətləri bir-birlərinə o qədər bağlı idi ki, nə qədər çətinlik çəksələr də, sonunda xoşbəxtlik onlarla olur. Əsər ən sevdiyim əsərlər sırasında yer aldı! Oxuyun, oxutdurun!
Gülün Yarpıza DönsünNaibə Yusif · Adiloğlu Yayınları · 015 okunma
·
52 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.