·500 syf.··Beğendi
···Okunma: 21 Temmuz 2025 21:27 “Alçaldılmış və Təhqir Edilmiş İnsanlar” – Qəlbin Sükutla Qışqırdığı Bir Dünyadır
F. M. Dostoyevski
Bu əsər sevginin, iztirabın və insan ləyaqətinin sınadığı yerlərdə doğan sükutlu fəryaddır. Müəllifin dilindən yazılsa da, hər səhifədə İvan Petroviçin incə, dərin baxışı hiss olunur. O, ətrafındakıların ağrısını sanki özü yaşayır, lakin bu əzabı dilə gətirməz
İvan Petroviç_ Dostoyevskinin klassik “mərhəmətli müşahidəçisi”dir — necə ki Karamazov qardaşlarında Alyoşa var, burada da İvan var. O, müəllifin dili, həm də vicdanıdır. Onun baxışları vasitəsilə biz əzilmişlərin aləmində gəzər, susaraq sevməyin, əzab çəkərək bağışlamağın nə demək olduğunu anlayarıq.
Əsərin özəyində duran münasibətlər bizi bir sualla baş-başa buraxır: sevgi – sahib olmaqdırmı, yoxsa azad buraxmaqmı? Elə İvanın duruşu da bu cavabın özüdür — insan hisslərinin ən yüksək nöqtəsi, sevdiyinin xoşbəxtliyi üçün öz sevgisini qurban verə bilməkdir.
Dostoyevski burada yalnız sosial ədalətsizliyi göstərmir, həm də əzilmiş insanların daxili aləminin necə parlaq, təmiz və fədakar ola biləcəyini incə detallarla boyayır. Səhnələr sadədir, lakin ürəyə ağır enir — çünki bu hekayə sənin də, mənim də içimizdəki hansısa kimsəsiz duyğulara toxunur.
Çünki bəzən ən böyük güc — öz sevgini sükutla fəda edə bilməkdir.