·200 syf.····Okunma: 25 Temmuz 2025 13:01 "Pul həyatını dəyişə bilər, amma səni xoşbəxt edə bilməz. Əgər içində boşluq varsa, milyonlar da onu doldura bilməz."
Bir onu bilirəm ki, pul hər zaman insana xoşbəxtlik gətirmir. Nə də ki, bütün dərdlərin dərmanı deyil. Düzdür, pul, var-dövlət lazımdır — amma qədərində. Hər şey qədərindən artıq olduqda həm mənasını itirir, həm də insanı incidir.
Əsərin baş qəhrəmanı Kərəm Alıyev kasıb bir ailənin başçısı idi. Bacardığı qədər ailəsini xoşbəxt etməyə çalışır, övladları və xanımı üçün əlindən gələni əsirgəmirdi. Bir gün, yorucu iş gününün ardından evə qayıdarkən yolda camadanın içində bir milyon dollar tapan Kərəm Alıyev pulu özü ilə evə gətirir və ailəsindən gizlədir. O, həyatının dəyişəcəyinə, kasıblığın bitəcəyinə və nəhayət xoşbəxt olacağına inanır.
Amma hər şey düşündüyü kimi olmur. Həyatı tamamilə dəyişir — xəyanətə uğrayır, qarabasmalarla qarşılaşır və heç vaxt olmadığı bir insana çevrilir...
Sonda isə Kərəm anlayır ki, insanın həqiqi xoşbəxtliyi cibindəki pulla deyil, qəlbindəki rahatlıqla ölçülür. Əldə etdiyi pulla itirdiyi dəyərlər, ailəsi və daxili sükunəti ona bir həqiqəti öyrədir: bir milyon dolların ola bilər, amma əgər içindəki insanı itirmisənsə, o pul sadəcə bir yükdür.
Qaraqan bu əsərlə oxucunu bir sualla baş-başa qoyur:
"Əgər sənin bir milyon dolların olsaydı, sən kimə çevrilərdin?"