·282 syf.····Okunma: 27 Temmuz 2025 01:03 Həyatımda yaşadığım bir neçə təvəffük varsa, onlardan biri də bu kitabın ən doğru zamanda həyatıma girməsi olmuşdur. Həmin vaxt həyatımda ən böyük peşmanlıqları yaşadığım bir dövr idi. Kitabın əvvəllərində sanki öz düşüncələrimi oxuyurmuşam kimi bir hissiyat var idi. Elə bir çok alıntını məhz əvvəllərində çıxarmışdım, ortalara doğru düzü o qədər də axıcı olmadı mənim üçün. Bəzi həyatlardan sanki çox kiçik çətinliklərə görə imtina edilirdi.
Hər şeyə rəğmən hamının bir dəfə oxumasını düşündüyüm kitablardandır. Ola bilər ki, bir il əvvəl oxusaydım, belə düşünməzdim, ancaq sonda kitab insana sanki həyatda bəzi şeyləri dəyişəcəyinə dair inam verir. Düzdür, bu o qədər də əlçatan olmasa da, amma azından o gücü qısa bir anlıq hiss etmək və yaşadığın hisslərin bir hissəsinin əslində sənin seçimin olduğunu bilmək insana qısa aydınlanma yaşadır.
Bəlkə də həqiqətən həyata bu qədər mənalar yükləmək, hər şeyin səbəbini axtarmaq çox absurddur; sadəcə yaşamalıyıq. Ümid edirəm ki, bunu nəzəriyyədə deyil, praktikada həyata keçirə bilərəm, keçirə bilərik.