·360 syf.··Beğendi
···Okunma: 27 Temmuz 2025 12:27 “Yağ və Mərmər”— sənət üçün insan ruhunun çəkic zərbələri ilə oyulub, fırçalarla rənglərə boyanması
Bu kitabı böyük bir sevgi ilə oxudum. Hadisələr hər nə qədər tarixi mənbələrə əsaslansa da, bəzi məqamlar bədii təxəyyüllə yoğrulub və bu da əsərə ayrı bir cazibə qatıb. Reallığın sərhədləri zaman-zaman aşılsa da, bir sənət əsərinin yaradılması prosesində yaşanan əziyyəti, stresi, ümidi və ümidsizliyi, xəyal qırıqlığını və dəstəklənmənin nə qədər həyati olduğunu çox dəqiq hiss etdirir.
Bu kitab mənə həm sənətə, həm də insan ruhuna dair dərin düşüncələr qazandırdı. Sıxılmadan, bir nəfəsə oxudum. Təkrar-təkrar oxuyacağım kitablardan biridir.
Mütləq oxuyun