Yenicə bitirdiyim bu kitabı hardasa mənə çox da fərqli baxışlar qazandırmadı, amma nəsə içimdə boşluq oldu,səbəbi isə deyəsən Lenni kimi Corca inanmağım idi.
Kitab demək olarkı oxuduğum ən axıcı kitablardan biri idi,çox qısa müddətə bitirdim. Oxuyanda əlinizdən salmayacaq,bir nəfəsə oxuyub bitirəcəyiniz bir kitabdı.
Kitabda hər obrazın mənə görə bizə çatdırmaq istədiyi fərqli fikir var idi,müəllif obrazların öz adı ilə belə bizə çox şeyi çatdırmaq istəyirdi. Bundan sonrası əsərin məzmunu ilə bağlıdı,oxumaq istəyirsinizsə davam etməyin.
Əvvəlcə hadisələr baş qəhrəman olan iki dostun Corc və Lennin üzərindən danışılırdı,doğrusu ilk səhifələrdən elə Lennində nəsə çatmadığını və normal bir insan pisxologiyasında olmadığını anlaya bildim. Amma Corcun onunla olan münasibəti içimi əzdi,yenə də onunla niyə bir gələcək qurmaq istədiyini anlaya bilmirdim.
Nəysə yenə hadisələrin davamında Lennin hər daim Corc tərəfində danlanması,əməlli başlı uşaq ruhlu Lennin Corca olan sevgisi nəsə məni çox bağladı kitaba,hələ Lennin dovşan sevgisi deyəsən dovşanlara daha normal gözlə baxa bilməyəcəm….
Bilirsiz kitabda obrazlar hər biri dedikləri ilə insanda yer etsədə,siz Lennin oxuyanda nəsə deməsinə ehtiyac olmadan sempatyanız ona qarşı yaranır,mənə görə yazıçı bir qəddarlığı,xəstəlikli bir halı uşaq ruhlu bir obrazda birləşdirməsi o qədər ziddiyyətlidir ki, məncə oxucunun Lennin bir başa yargılamasın deyə də etmiş ola bilər bilmirəm tam.
Kitabda tənhalığın ən yaxşı ifadəsi Zənci Qozbel idi,o qədər içim ağradı ki ona,onun cümlələrini alıntı kimi paylaşcağam,inanın mənə sırf irqinə görə ayrım görən,gün sonunda heç kimi olmayanda,Lennin onun otağına girəndə acıqlasa da əslində onunla danışıldığı üçün sevindiyini düşünürəm. Qadın obrazını yazıçı adlandırmaq baxımdan kitabda sadəcə “Qıvrımsaçın arvadı”kimi oxucuya təqdim edir ki, bu da təsadüf deyil,kitab boyu belə adlandırılan qadın əslində dövrün qadınların sadəcə evləndiklərində ərlərinə görə adlarının olamasına,bir növ qadınların heçsizliyinə dəm vurur. Mən sona kimi onun bir sevgi axtarışında,necə deyərlər görmədiyi bir dəyər axtarışında olduğunu zənn edirəm. Bilmirəmə ciddən Corcdan gözləməzdim,hələ hər şey bir yana qalsın onu arxadan vurması,sona kimi xəyallarınl danışması Lenninə çox ürəyim yandı,bir də Corcun dediyi yerdə gizlənməsi ahğğ
Bu arada Lennin Xalasını xatırladığı hissədə daim uşaqlıqdan bəri Corcla müqyisə olunduğunu,dovşanın onun səsi ilə danışması nəm sanki yazıçı Lennin anlamğımızı istəyibmiş kimi gəldi mənə
Bir də sonda sanki fərqinı varırsan ki əslində heç vaxt Corc o xəyalları gərçəkləşdirməyəcəkdi,sadəcə olaraq Lenni aldadırdı,arzuladığı hər şeyin yalan olduğunu Lenni heç vaxt bilmədi,sona kimi Corca güvəndi.