Gönderi

Bir Yarpağın Arzusu...
9/10
·192 syf.··
2025 31. kitabı
Bir Yarpağın Arzusu. Bu kitabın içərisindəki hekayələrdə müxtəlif ideyalar öz əksini tapır. Dostluq,məhəbbət,dürüstlük, paxıllıq və s. kimi duyğuların şərhini buradakı hekayələrdə axtarmaq olar. Kitabın əvvəlində Dilarə xala və qızı Sevincin həyatı,yaşadığı çətinliklər,"dostu" Arifənin Sevincin paxıllığını çəkib başına gətirdiyi hadisələr, Tərlanla evlənmək üçün onları bir-birindən birlikdə olmadan ayırması azmış kimi Sevincə iftiralar atması fonunda insanın həyat ehtirasının ona nələr etdirə biləcəyinin şahidi oluruq.Belə ki,Tərlan əsgərlikdə olarkən Arifə Sevinci ərə vermək üçün "müştəri" axtarışına başlayır və tezliklə də buna nail olur. Anasının da Sevincin də ürəyinə yatan bu evlilik sona qədər xoşbəxt davam edirmi?Müəllif burada xüsusilə də dostluq münasibətləri ilə bağlı gözəl mesajlar çatdırmışdır.Hadisələrin çox sürətlə inkişaf etməsi azca boşluq yaratsa da Ümumilikdə axıcı və maraqlı kitab idi. Bəyəndim deyəbilərəm.
1000Kitap
Bir Yarpağın ArzusuXəyalə Murad · Qanun Nəşriyyatı · 201511 okunma
·
30 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.