Öz dayısının qızına qarşı uşaqlıqdan bəri hissləri olan Müşfiq heç cür ürəyini Fatiməyə aça bilmir,əksinə ondan qaçır, üz-üzə gəlməkdən çəkinir. Zaman keçir, artıq hər ikisi gənclik dönəminə qədəm qoyur. Bundan sonra Müşfiqin Fatiməyə qarşı sevgisindən xəbər tutan Anası,nənəsi və digərləri bunu heç cür qəbul etmir. Müşfiqin nə düşündüyünü nəzərə almadan"Rus uşağıdır","o sənin bacındır" deyib söhbəti bağlayırlar. Fatimənin başqası ilə nişanlanmasından sonra Müşfiq tamamilə bu şəhərə və bu ölkəyə küsüb gedir.Xarici ölkədə Anna adlı bir qadınla yaşasa da Gəncədə keçən günlərini,Fatiməni bircə gün belə unuda bilmir.Bir gün 44 Günlük Vətən Müharibəsinin başlanması və Fatimənin həyat yoldaşı Ağanın da müharibəyə yollanması xəbərini alır əvvəlcə ikrah hissi keçirib, heç cür bu döyüşlərdə iştirak etməyəcəyini düşünsə də qəlbinin dərinliklərində coşub-qaynayan Vətən eşqi onu Gəncəyə gətirir. Bir anda özünü təlimlərdə, daha sonra sanitar olaraq görür. Burada olduğu müddətdə hər anını yazır Fatiməyə. Həm də dostluqlar qazanır, Vətən uğrunda mübarizənin mahiyyətini yenidən dərk edir. Bəs sonra nələr olur? Bu gerçək həyat hekayəsinin sonrakı gedişində nələr baş verir? Müharibənin ağrısının müşayiəti ilə bir də ağlına belə gəlməyən həqiqətləri öyrənən Müşfiq nələr hiss edir? Evli bir xanımı sevdiyi üçün həmişə özünü günahlandıran hər kəsə xüsusilə də anasına qəzəblənən Müşfiq sonunda bu hissdən qurtula bilirmi? Müharibənin dəhşətli ağrılarını və bir gəncin hekayəsini oxuduqdan sonra bütün bu suallara ən təsirli cavabları tapacaqsınız.Mən çoooox bəyəndim bu kitabı və sonu çoooox ağlatdı məni. Tövsiyə edirəm