Gönderi

Men Qeribe Adamam
10/10
·150 syf.··
2025 3. kitabı
Mən ayrı dünyanın, ayrı cismiyəm, Dağılmış binayam, yoxsa bəs nəyəm?Cavabsız qalmasın sualım, niyəm. Mən tanrı deyiləm, nə yer, nə göyəm. Günəşi görməyən bağlı zindanam, Yaşamaq uğruna ölən insanam. ************************************* Yenə tənha qalmışam insanlar arasında, Gözümə çənlər düşüb, ömrümü borc almışam. Min xəyalə dalmışam bəxtimin qarasında, Saçıma dənlər düşüb, bax vaxtsız qocalmışam ************************************** Tənhalıqdan buz bağlayan ürək birdə yanarmı?Ağlamaqla keçən ömrə, ömür demək olarmı? Ümidlərim azadlığa – həsrət, məhbus qəfəsimdə;Əldən uçsa gedib özgə, yad budağa qonarmı? Söz yazıram əbəs yerə, nədir, kim sirrin anlayar?Anlamayan görsə əgər, məni dəli sanarmı? Gözlərim nur istəsə, çün zülmət dünyam, qaranlıqdır;Fələyin işi olmasa, gecəmə gün doğarmı? Həyat bizi təknəsinə alıb uzağa aparır;Daş, qayaya dəyməyincə səssiz, sakit durarmı? Öyünmə heç öz eşqinlə, sərvətinlə, varınla;Süleymana qalmayan bu dünya sənə qalarmı?
1000Kitap
Mən Qəribə AdamamNail Zeyniyev · Kişisel Yayın · 20259 okunma
·
51 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.