Gönderi

“Kitabi-Dədə Qorqud”
7/10
·150 syf.··
Beğendi
·
2025 5. kitabı
·
22 günde okudu
·
Okunma: 30 Temmuz 2025 15:03
Dədə Qorqud Dastanları təxminən min il bundan əvvəl qələmə alınmış, dəqiq bir müəllifi olmayan əsərdir.Dədə Qorqud Dastanları təxminən min il bundan əvvəl qələmə alınmış, dəqiq bir müəllifi olmayan əsərdir. “Kitabi-Dədə Qorqud”un bütöv əlyazma nüsxəsi Drezden kitabxanasında (Almaniya), yarımçıq nüsxəsi isə Vatikanda (İtaliya) saxlanmaqdadır. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır.”un bütöv əlyazma nüsxəsi Drezden kitabxanasında (Almaniya), yarımçıq nüsxəsi isə Vatikanda (İtaliya) saxlanmaqdadır. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır. Bir müqəddimə və 12 boydan ibarət olan dastanda qeyd olunan qədim Azərbaycanın yaşayış yerləri: “Oğuz”, “İç Oğuz”, “Daş Oğuz”, Bərdə, Gəncə, Dərbənd, Dərəşam, Qaraçuq dağı və s. “Dədə Qorqud” qəhrəmanlarının doğma vətənləridir. Onlar öz vətənlərini göz bəbəyi kimi qoruyurlar. Dastanda yarıoturaq, yarıköçəri həyat şəraitində yaşayan qədim Azərbaycan oğuzları qışda aqban evlərdə yaşayır, atlarını tövlələrdə saxlayır, yayda isə yayda isə yaylaqlara köç edirdilər. Onlar təkcə maldarlıqla deyil, bağçılıqla da məşğül olur, üzümdən şərablar hazırlayırdılar. Şifahi xalq ədəbiyyatımızın bu numunəsində də, bütün boylarda yuxarı təbəqəyə mənsub qəhrəmanların aşağı təbəqəyə qarşı son dərəcə mülayim və rəhmdil münasibəti vardır. Qəhrəman sinifii mənsubiyyətinə görə deyil, işinə, hünərinə görə qiymətləndirilir. !"Spoiler"! adlana biləcək bir sıra qeydlər: Dastanın baş qəhrəmanı Salur Qazandır. O, 12 boyun 8-də bilavasitə iştirak edir, Oğuzun hakiminə çevrilir. Qazan həyati bir obrazdır. Vətənpərvvərlik, insanpərvərlik və yüksək insani keyfiyyətləri, şəxsi pəhləvanlıq gücünə malik bir obrazdır. “ Ulaş oğlu, xalqın məskan ümidi, ümmət soyunun aslanı, Qaraçuqun qaplanı, qonur atın yiyəsi, Türkistanın dirəyi, Qalın oğuzun başçısı, qalmış igid arxası..” Bayandır xan da həmçinin bu cür təqdim edilir. Oğuzun bütün dövlət işini Qazan aparır. O, öz şəxsi mənafeyini güdmür, hər şeyi xalq üçün edir. Oğuza asi çıxan, onun birliyini pozub parçalamaq istəyən öz dayısı Aruzu öldürür və məmləkətin bütövlüyünü qoruyub saxlayır. Qazan humanistdir. Qazan mənəviyyatca təmiz, pak ürəkli bir ailə başçısıdır. O öz igid həyat yoldaşını Burla Xatuna böyük hörmət bəsləyir, onun məsləhətlərini dinləyir. Qaragünə, Aruz Qoca, Uşun qoca, Dursa xan, Bəkil, Qaraçuq Çoban, Baybecan, Qazlıq Qoca, Əmən və b. Qazan Xanla yaşıddırlar. Beyrək, Basat, Qanturalı, Buğac, Qazan oğlu Uruz, Qarabudaq, Dəli Domrul, Yeynək, Əyrək və s. kimi gənc qəhrəmanlar dastanda böyük şücaət göstərmişlər. Boylarda bir surət kimi iştirak edən və dastanın düzücüsü, söyləyəni kimi göstərilən Dədə Qorqud müdrik el ozanıdır. Əsli Boyat elindəndir. Elin böyük ağsaqqalı, başbiləni, yol göstərənidir. Xalqın bütün çətin işlərini o həll edir, keçmiş əhvalatların hamısını bilir, gələcəkdən xəbərdardır. Hər kim yeni bir iş gördükdə, Dədə Qorqudla məsləhətləşər. Dastanda Dədə Qorqudun dilindən deyilən müdrik sözlər hazırda xalq içərisində atalar sözü kimi işlənməkdədir. “Kitabi-Dədə Qorqud”da 70-dən çox surət iştirak edir. Dastanda xüsusilə qadınlar yüksək məhəbbətlə təsvir olunur. Bütün boylarda iştirak edən qadınlar şücaətdə kişilərdən geri qalmayan igidlər kimi qələmə alınmışdır. Burla Xatun, Banuçiçək, Selcan Xatun və b. əsas qəhrəmanlarla bir sırada yer alırlar. Qadın ailənin kişi ilə tam bərabər hüquqlu üzvüdür. O, hər şeydən öncə anadır. Bu ad əsərdə çox böyük qürurla qeyd edilir. Dastandakı qadınların ailə şərəfi, saf sevgi uğrundakı mübarizə və sədaqətləri göstərilir. Bunlar Burla Xatun obrazında daha aydın hiss olunur. Dastanda ana övladın tərbiyəçisi deyil, həm də onun xilaskarıdır. Dastandakı qəhrəmmanlar eşq yolunda ah-zar edən aşiqlər deyildir. Qəhrəmanlar elə qızlar sevirlər ki, qoçaqlıqda, igidlikdə heç də özlərindən geri qalmırlar. Bu qızlar yaxşı at çapan, ox atan, ov ovlayan, quş quşlayan igidlərdir. Böyükləri saymaq, ata-anaya hörmət etmək, Oğuz elində pozulmaz qanundur. Oğuz zamanında oğul atanın bir sözünü iki etməz, böyük qardaşa bacıları və kiçik qardaşları “ağam” deyə xitab edərdilər. ~Acığı tutanda bir yumruqla qara daşı kül eləyən, bığını qulağının dibində yeddi yerdən düyən, pəhləvanlar pəhləvanı Salur Qazanın qardaşı Qaragünə. ~Dəmir yaylı Qıpçaq Məliyə qan qusduran Oğuz elində Salur qazanın qızını igidliklə alan, ağsaqqallı qocaların hörmət edib təriflədiyi, məxmər şalvarlı, atının boğazı bəhri qotazlı, Qaragünə oğlu, Qarabudaq ~Ölkəyə basqın edən quldurları təkcə qovan, altmış min yağıya qan qusduran, boz atının yanında qar buz bağlasa da çovğunlardan qorxmayan Şir Şəmsəddin ~Doqquz el başçısı, Altmış erkəc dərisindən kürk tikdirsə topuğunu örtməyən, altı öyəc dərisindən papaq olsa, qulaqlarını tutmayan, qolu-budu girança uzun, baldırları incə, at ağızlı Aruz qoca ~Dəmir qapı Dərbənddəki dəmir qapını təpib alan, altmış tutam uzun cidasının ucunda ər böyürdən, Qazn kimi pəhləvanı bir savaşda üç kərə atından yıxan Qıyan Səlçuq oğlu Dəli Dondar ~Min pəhləvan başçısı pəhləvan Düyər, Bəkduz eli başçısı Bəkduz Əmən, Duxa Qoca oğlu Dəli Domrul ~“Xanlar xanı xan Bayandır, kürəkəni Salur Qazan, Dözən oğlu Alp Rüstəmlə, Dönəbilməz Dönəkvuran, Bozayqırlı Beyrək ilə alplar başı Qaragünə” Boylar: ~Buğacın dastanı ~Qaraçuq çobanın dastanı (Salur Qazanın evinin yəğmalanmas) ~Beyrəyin dastanı ~Burla Xatunun dastanı (Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu) ~Dəli Domrulun dastanı ~Qanturalının dastanı (Qanlı qoca oğlu Qanturalı) ~Yeynəyin dastanı (Qazlıq qoca oğlu) ~Basatın dastanı (Təpəgöz) ~İmranın dastanı (Bəkil oğlu İmran) ~Səkrəkin dastanı (Uşun Qoca oğlu, Əgrəkin qardaşı) ~Uruzun dastanı ~Salur Qazanın dastanı (Daş Oğuzun İç Oğuza asi olması) Dədə Qorqud Dastanı
Edebiyat Öykü
Dədə Qorqud DastanıAnonim · Altun Kitab · 201813,3bin okunma
·
76 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.