Gönderi

Mən də Tanrı quşu olsam
Gün doğsa da, işıqlanmaz ömrün qara günləri. Tanrıyla kim barışdırar bəxtindən küsənləri? Canımıza hardan dolub bu dəlilik havası? Ağaclar da Məcnun olub, başında quş yuvası. Quşa dönüb mollalar da, qonub minbər başına. Əzan verib, bu şəhəri basdırarlar axşama. Mən də Tanrı quşu olsam, mən də qonsam minbərə. Hər nə desəm, küfr çıxar bəlkə bütün dinlərə. Bəlkə məni dörd bir yandan nişan alar ovçular. O minbərdən damla-damla qanım yerə damcılar. Bir yaralı molla uçar sənə sarı, ilahi. İnsaf elə, bu yaramı özün sarı, ilahi!.. Ramiz Rövşən
·
191 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.