"Peyğəmbərin tükü"
7/10
·80 syf.··
2025 38. kitabı
·
1 saatte okudu
·
Okunma: 02 Ağustos 2025 22:57
Hekayə Hindistanın Kəşmir bölgəsində baş verir. Əsərdə Hacı Həşim adlı dindar və zəngin bir adam təsvir olunur. O, təsadüfən müqəddəs bir relikviyanı – İslam peyğəmbəri Məhəmmədin saqqalından bir tükü tapır və onu öz evində gizlədir. Bu relikviyanın evə gətirilməsi ailədə bir sıra faciəvi və fövqəltəbii hadisələrə səbəb olur. Hacı Həşim əvvəllər rüşvət yeyən, lakin özünü dindar göstərən biridir. Relikviyanı tapdıqdan sonra qəfil fanatik dindara çevrilir, ailəsinə qarşı sərt və qəddar olur. Oğlu Atta və qızı Huma, atasının bu vəziyyətinə son qoymaq üçün relikviyanı oğurlatdırmaq istəyirlər. Bu məqsədlə onlar bir cinayətkar dəstə ilə əlaqəyə girirlər. Amma işlər planlaşdırıldığı kimi getmir və hadisələr faciəvi şəkildə nəticələnir. Sonda relikviya orijinal yerinə – məscidə qayıdır, və əfsanəyə görə, bu zaman möcüzəvi şəkildə hər şey “öz yerini tapır”. Düşünürəm,Rüşdü bu hekayədə dinin fanatizmə çevrilməsinin necə dağıdıcı nəticələr verə biləcəyini tənqid edir. Əsər həm də riyakarlıq, inanc, ailə münasibətləri və mistika ilə gerçəkliyin toqquşması kimi mövzulara toxunur.
Peyğəmbərin TüküSalman Rushdie · Qanun Nəşriyyatı · 201944 okunma
·
38 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.