7/10
·192 syf.··
Beğendi
·
2025 122. kitabı
·
3 günde okudu
·
Okunma: 05 Ağustos 2025 23:13
Sevgisiz ailə – sevgisiz cəmiyyət deməkdir. Cümləyə necə başlayacağımı bilmirəm... Çünki bu kitab bir roman deyil, sevgisizlikdən doğan zülmün səsidir. Sevgi, insanın hava, su qədər ehtiyac duyduğu tək amildir. Xüsusilə ailədaxili sevgi, insanın gələcəkdə necə bir varlıq olacağını formalaşdırır. Məncə, qızların həyatı atalarına, oğlanların həyatı isə analarına bağlıdır. Uşaq kimə nə qədər sevgi ilə toxunursa, gələcəkdə sevgini ona görə verir və ya əsirgəyir. Bu kitabda da ana sevgisindən məhrum böyüyən Oki, qadınlara qarşı duyduğu nifrəti və zəhərli güc hissini bir ömür içində daşıyır. Onun “dəlixana”sı yalnız zirzəmidəki otaqlar deyil, öz içində yaratdığı və içində saxladığı sevgisiz, qarışıq, yarımçıq hisslərdir. Sonra həyatına təsadüfən Mina girir. Mina onun ananı xatırladan tək qadınıdır. Qızın bişirdiyi yeməklərdən tutmuş baxışlarına qədər, hər şey Okinin itirdiyi və heç tanımadığı anasını xatırladır. Beləcə Oki darıxdığı ana sevgisini və nifrətini eyni bədəndə cəmləyir. Onun üçün Mina nə qadındır, nə də sadəcə biri. O, keçmişin sağalmaz bir təcəssümüdür. Və.son olaraq demek istiyirəm ki: Sevgi verilmədiyi yerdə, insan ya iblis olur... ya da yarımçıq. Ölülər Dəlixanası Xəyalə Heybətzadə
1000k
Ölülər DəlixanasıXəyalə Heybətzadə · İstiqlal Nəşriyyatı · 202123 okunma
·
53 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.