·96 syf.····Okunma: 07 Ağustos 2025 10:47 #30gün30kitab 7-ci gün
Bu əsər müəllifin yumor və elmi-fantastikanı ustalıqla birləşdirdiyi qısa hekayələrindən biridir. Əsərdə hadisələr sakit, heç nəyə tələsməyən Quiquendone şəhərində cərəyan edir. Doktor Ox bu şəhərdə guya işıqlandırma sistemi qurmaq bəhanəsiylə qaz təcrübəsi aparır, lakin məqsədi şəhərin havasına xüsusi qaz buraxaraq sakinlərin psixologiyasını və davranışlarını dəyişməkdir. Əvvəllər tənbəl və sakit olan şəhər əhalisi qəfil aqressivləşir və enerjili olur.