Kitab əslində maraqlı idi, amma daha əvvəllər ermənilərin işgəncələri barəsində oxumuş olduğum üçün əslində kitabda qeyri adi bir şey görmədim. Kitabın daha böyük bir problemi hissləri yetəri qədər oxucuya ötürə bilməməsidir. Bir neçə cümlə istifadə edərək daha yaxşı izah oluna biləcək hadisələr çox qısaldılıb. Bir cümlədən o biri cümləyə yeni bir hadisə baş verir və sən nə baş verdiyini, nə qədər sürətlə baş verdiyini anlamağa çalışırsan. Kitabın daha uzun olmasını və daha çox bədii təsvir vasitələrindən istifadə olunaraq yazılmasını istərdim. Kitabı hiss etmək istərdim yəni. Kitab çox sürətlə irəlilədiyi üçün hekayənin sonluğunda nə hiss etdiyimi də anlamadım. Obrazlara gəlincə, o uşağı əvvəldən abort etdirməliydi şərhlərini gördüm, hansı ki bu şərhləri yazanlar da daha çox kişi cinsinə mənsub olan insanlardır, analıq hissinin nə demək olduğunu bilməyənlər yəni. Öz ailəm dediyi insanlar sahib çıxmadığı halda onu anlamağa çalışan insanların dəstək olması detayını bəyəndim. Nə qədər yalnız olsaq da bizi anlayacaq kəslər həmişə vardır hissinə qapılır insan. Yazıçının ilk kitabıdır deyəsən. Qələmini inkişaf etdirmək üçün çalışmağa davam etməyi tövsiyə edərdim. Yazıçıya uğurlar!