·96 syf.··Beğendi
···Okunma: 12 Ağustos 2025 11:52 #30gün30kitab 12-ci gün
Kitabda Çexovun "Kara keşiş", "Sıra dışı bir adam", "Düşmanlar" hekayələri yer alır.
Kara keşiş
Hekayənin qəhrəmanı Kovrin uzun illərdən sonra uşaqlığını keçirdiyi kəndə qayıdır və burada qəribə bir “qara keşiş”in görüntüsü ilə qarşılaşır. Bu səs və görüntü ona özünü seçilmiş, fövqəladə bir insan kimi hiss etdirir. Zamanla Kovrin bu xəyali varlıqla dialoqlara girir, onun sözlərindən güc alır, amma eyni zamanda həyatının tarazlığını itirir.
Sıradışı bir adam
Bu hekayədə baş qəhrəman hər vəziyyətdə hesab aparan, insani hisslərdən çox maddi tərəfi önə çıxan biridir. Çexov bu obrazla həddindən artıq ölçülülüyün və qənaətçiliyin necə mənfi təsir göstərə biləcəyini göstərir.
Düşmanlar
Həkim Kirilovun oğlu qəfil vəfat edir, elə həmin gecə bir şəxs xəstə yaxınını xilas etməsi üçün ondan kömək istəyir. İki tərəf də öz dərdinin böyüklüyünü müdafiə edir və qarşı tərəfə anlayış göstərmir. İnsanların kədər anında empatiya göstərməkdə çətinlik çəkməsini və hər kəsin öz ağrısına qapanmasını görürük.