7/10
·88 syf.··
2025 8. kitabı
Baxmayaraqki həcmi elə də böyük deyil, amma yarımçıq qoya-qoya bir müddətdi bu kitabı bitirməyə çalışıram. Kafkanın “Atama məktub” əsərini oxuyarkən anladım ki, bu, əslində oxucu üçün yazılmış bir kitab deyil. Sanki yalnız atası üçün nəzərdə tutulmuş şəxsi bir etirafdır. Elə buna görə də həm maraqlı, həm də çətin oxunur. Maraqlıdır, çünki müəllifin ailə münasibətlərinə açılan gizli bir pəncərə görürsən. Çətindir, çünki sətirlərdə bədii axıcılıqdan çox emosional ağırlıq var və bu ağırlıq oxucuya da keçir. Kitabın əsasını iki hiss formalaşdırır: qorxu və tənhalıq. Kafka uşaqlığından bəri atasının avtoritar və bəzən qəddar davranışlarının onda necə dərin izlər buraxdığını açıq şəkildə göstərir. Oxuduqca bir tərəfdən atanın sərtliyini, digər tərəfdən isə övladın daim özünü yetərsiz hiss etməsini görürsən. Amma maraqlıdır ki, sətirlərdə nifrət yoxdur — əksinə, anlaşılmaq arzusu var.
Alıntı
Atama MəktubFranz Kafka · Parlaq İmzalar nəşriyyatı · 054,1bin okunma
·
24 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.