Gönderi

10/10
·304 syf.··
2025 23. kitabı
·
81 günde okudu
·
Okunma: 13 Ağustos 2025 19:49
Uşaqlığımdan bəri maraqlandığım hər mövzunu dərin detallarıyla araşdırıb öyrənmə həvəsim məni bu kitabla qarşılaşdırdı. Orhan Pamukun, Reşat Ekrem Koçunun qarış-qarış İstanbulunu gəzdikdən sonra Marianna ilə mədəniyyətlər şəhərinin mətbəxini oxumaq çox zövqlü oldu. Ailələrin səmimi hekayələrini və olaylarını oxuduqca süfrələrini bəzəyən yeməklərini düşündüm, reseptlərini diqqətlə analiz etdim, hansı yeməyin nə zaman bişməsi və bəzən yaranma tarixinə aid dəyərli faktlar öyrəndim, özümü o masalarda hiss etdim. Yazdıqlarına ilham olan şeyləri bölüşən yazıçıları bir başqa sevirəm, müəllif kitab boyunca bizə oxuduğu digər yemək kitabları ilə yanaşı o zamanın İstanbulunda rumların sevərək dinlədiyi mahnılardan ibarət playlist də bölüşür. Müəllifin Osmanlı mətbəxinə aid başqa kitabı da var, onu da mütləq oxuyacam.
İstanbullu Rum Bir Ailenin Mutfak SerüveniMarianna Yerasimos · Yapı Kredi Yayınları · 201933 okunma
·
46 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.