Bir kitab, bir nəfəs, bir yol yoldaşı…
Bəzən həyatın ortasında, heç gözləmədiyin bir anda qarşına elə bir kitab çıxır ki, o, sadəcə oxunmaq üçün deyil — ruhuna toxunmaq üçün yazılıb. Beyhan Budak’ın “Hayat Acemileri İçin Yaşam Rehberi” mənim üçün məhz belə oldu.
Onun daha əvvəl iki kitabını oxumuş, canlı seminarında iştirak etmişdim. Hər dəfə yazılarında elə bir səmimiyyət tapmışam ki, oxuyarkən sanki qarşımda oturub mənimlə söhbət edir. .Amma bu kitab… başqa idi. Daha dərin, daha yaxın, daha insani…Kitabda bir cümlə var ki, məni çox düşündürdü: “İyileşmek, yaralarımızı yok etmek değil; onlarla yaşamayı öğrenmektir .” Oxuyarkən anladım ki, həyat acemiliyi elə budur — hər şeyi bilmək deyil, bilmədiklərinlə də barışa bilmək… Xüsusən də emosionalsansa, həssas insansansa, həssas düşünənsənsə, həssas bir xasiyyətin varsa — nə edirsən et, həyatda bir az naşısan; bu naşılıq getmir. Bəlkə də buna görə həssas və emosional insanlar bir az xüsusidirlər. Və bəlkə də bu kitab məhz belə insanlar üçün daha çox şey deyir…
Kitabda olan hər başlıgın sonunda yer alan “Özümə Notlar” hissəsini mən də özüm üçün yenidən yazdım.:) Çünki oradakı hər fikir insanı həyatda daha mərhəmətli, daha anlayışlı, daha sakit bir yerə aparır. “Kendine iyi davran. Çünkü senin en uzun ilişkin kendinle.”“Hayatta her şeyi aynı anda düzeltemezsin, ama küçük adımlar da bir yoldur.”
Bəzən kitablar bitir, amma sənin içində yaşamağa davam edir.
“Hayat Acemileri İçin Yaşam Rehberi” də məndə elə iz buraxan kitablardan biri oldu…