·70 syf.····Okunma: 15 Ağustos 2025 18:04 Stefan Zveyqin “Satranç” əsəri sadəcə şahmatdan bəhs etmir.Bu,insan zehninin necə həm güclü,həm də kövrək ola biləcəyinin hekayəsidir.Hadisələr okean ortasında hərəkət edən bir gəmidə baş verir.Burada iki ziddiyyətli xarakter qarşı-qarşıya gəlir:dünya şahmat çempionu Mirko Çentoviç və sirli,sakit görünən Dr. B.
Çentoviç soyuq,riyazi dəqiqliklə oynayan bir usta,Dr. B. isə təsadüfən tapdığı bir şahmat kitabı ilə təcrid olunmuş,həbsdə öz zehnini inanılmaz dərəcədə məşq etdirmiş bir insan.Onların qarşıdurması sadəcə taxtadakı fiqurların savaşı deyil ,eyni zamanda bu, daxili dünyaların duelidir sanki.
Zveyq oxucuya göstərir ki,insan beyni bəzən möcüzələr yarada bilir,lakin həddindən artıq gərginlik və tənhalıq bu möcüzəni dağıda da bilər.
"Satranç” oyun kitabı deyil,bu,ağıl və hisslərin,dahilik və dəliliyin sərhədində baş verən sarsıdıcı bir hekayədir.
Bəzən biz də həyatın şahmat lövhəsində hansı gedişi edəcəyimizi düşünürük…
Amma unuduruq ki,hər gedişin arxasında həm zəka,həm də ürək dayanmalıdır.