Gönderi

10/10
·102 syf.··
2025 10. kitabı
Osa Lindin "Qum canavarı " 3 seriyadır. Oxuduğum birinci seriyadandır Kitabın qəhrəmanı Zackarina daim suallar verən, dünyanı öyrənməyə çalışan bir uşaqdır. Onun həyatına daxil olan sirli və mehriban Qum canavarı isə uşağın bütün suallarına cavab tapmağa çalışan, duyğularını ciddiyə alan bir dostdur. Əsərin əsas mövzularından biri valideyn–uşaq münasibətləridir. Çox vaxt böyüklər uşaqların suallarını kiçik və əhəmiyyətsiz hesab edir, onların dediklərinə qulaq asır, amma əslində “eşitmir”. Halbuki uşaqların dünyaya baxışı fərqlidir — onlar hər şeyi kəşf etmək, anlam vermək istəyirlər. Qum canavarı obrazı da bunu simvolizə edir: uşağı diqqətlə dinləyən, onun düşüncəsinə hörmət edən və suallarına dəyər verən bir həqiqi yoldaş. Bu kitab mənə "Oğlan, at, tülkü və köstəbək" və "Balaca şahzadə" əsərlərini xatırlatdı. Amma bir fərq var: Zackarina realdır. O, durmadan sual verən, inkişafın işartılarını göstərən bir uşaqdır. Əslində uşaqların xəyal dünyasının nə qədər geniş olduğunu və verdikləri suallara böyüklərin verdiyi cavablarla xəyal gücünün də genişləndirdiyini görürük. Əgər biz cavab vermiriksə, əslində onların yaradıcılıq eşqini yaralayırıq. Bu kitab uşaqlara isə başqa bir mesaj verir: cavabı tapmamış verdiyiniz sualdan vaz keçməyin, araşdırmaqdan, təkrar-təkrar sual verməkdən çəkinməyin. Kitabın başqa bir gözəlliyi mövzuların genişliyidir. Müəllif uşağın söhbətlərində bizi atomlardan kainata, dostluqdan qorxuya, insanlardan təbiətə qədər aparır. Burada mənim üçün maraqlı olan tərəf budur ki, "Qum canavarı" mənim oxuduğum ikinci belə kitab oldu — birincisi Umberto Eco idi. Eco “Bomba və general" və “Üç astonavt” hekayələrində atom, kosmos və insanlığın böyük sualları üzərində dayanır. Ancaq Eco bunlara elmi-fəlsəfi simvollarla yanaşırsa, Asa Lind eyni mövzuları uşağın sadə sualları ilə gündəmə gətirir. Umbertoda bir az reallıq olduğu üçün qorxu hiss edirəm, Asa Lindin bu kitabı isə sadə və istidir. Sadəcə kəşf etmə və varlığını öyrənməyə sövq edir. Yenə də, ikisi də mənim üçün çox dəyərli yazıçılar oldu. Bu kitab 3-8 yaşlara uyğun olsa da, böyüklər də oxumalıdır. Övladınızla bir yerdə oturub, bu hekayəni müəyyən aralıqlarla təkrar-təkrar oxunmalısız. Çünki biz əsas məsələləri unudur və ordan özümüzə, çevrəmizə zərər veririk. Bu kitablarla isə xatırlayıb, mənimsəmiş olacağıq.
Qum canavarıAsa Lind · Fabula Nəşriyyat · 20212,189 okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.