P.S. “Mən səni sevirəm” mənim ən çox təsirləndiyim kitablar arasında xüsusi yer tutur. Cerrinin Holliyə olan sevgisi sadəcə bir sevgi deyildi, sanki ölümsüz bir bağlılıq idi. O, öz xəstəliyini bilə-bilə, ölümündən sonra belə Hollini yalnız qoymamaq üçün 12 məktub yazdı. Hər məktubda həyat sevgisi, incəlik və güc vardı. Sanki o yazılarla Hollini hər dəfə yenidən həyata qaytarırdı. Bu qədər saf və dərin sevginin gerçək həyatda mövcud olub-olmadığını düşünmədən insan qala bilmir… Mən isə bu kitabın təsirindən bir müddət çıxa bilməmişdim. Bu kitabın mənim üçün yeri həmişə ayrı qalacaq….Hər kəsə belə saf sevgi qismət olması diləyi ilə…. Xoş oxumalar