Gönderi

10/10
·200 syf.··
2025 40. kitabı
Heç düşünmüsünüzmü, sovet dövründə senzura bu qədər güclü olarkən yazıçılar hansı cəsarətlə iddialı mövzulara toxunurdular? Cəmşid Əmirov məhz belə yazıçılardan idi. Onun “Şəhər yatarkən” əsəri həm maraqlı süjeti, həm də dövrün gizli qatlarını göstərməsi ilə Azərbaycan nəsrində özəl bir yer tutur. 1982-ci ildə “Yazıçı” nəşriyyatında işıq üzü görən bu kitabın tərkibində iki povest var: “Şəhər yatarkən” və “Mənim ilk məhəbbətim.” Burada biz həm şəhərin gecə həyatını, cinayət aləminin kölgələrini, həm də insan xarakterlərinin dərinliklərini görürük. Əsərin ən maraqlı tərəfi isə ondadır ki, detektiv motivlər sadəcə oxucunu həyəcanlandırmaq üçün deyil, həm də cəmiyyət və vicdan məsələləri üzərində düşündürmək üçündür. Ən təsirli məqamlardan biri isə budur: “Mənim ilk məhəbbətim” povesti böyük ixtisarla kitaba salınmışdı. Yazıçı bu haldan çox təsirlənmiş, ürəyi dözməmiş və əsər çap olunduqdan bir müddət sonra dünyasını dəyişmişdi. Elə buna görə də “Şəhər yatarkən” onun həm ədəbi, həm də həyati baxımdan son sözü sayılır. Bu gün əsəri oxuyanda görürsən ki, Cəmşid Əmirov sadəcə bir detektiv müəllifi deyildi – o, Bakı şəhərinin nəfəsini, insan talelərinin çarpışmasını və gizli həyatların dramını sözlə canlandırmağı bacaran cəsarətli bir qələm sahibi idi. Şəhər Yatarkən
1000Kitap
Şəhər YatarkənCəmşid Əmirov · Yazıçı nəşriyyatı · 198269 okunma
·
1 +1'leme
·
23 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.