Detektiv ədəbiyyatının ənlərindən olan Aqata Kristi qələmindən daha bir gözəl kitab - Əlifba sırası ilə qətllər
Aqata Kristi seriyasından “10 zənci balası”,
”Şərq Ekspresində Qətl”, ”Mavi Qatarın sirri” və s. kimi olduqca maraqlı kitablar oxumuşdum və onu deyə bilərəm ki,bu kitab da onlardan heç də geri qalmır. Eyni zamanda isə sürpriz sonluqla bitir
Kitabın qısa məzmunu:
Erkül Puaro yenə də iş başında - belə ki, ona sirli bir məktub gəlir,məktub müəllifi özünü “ABC” adlandırır və yaxın zamanda törədiləcək qətlləri əvvəlcədən xəbər verir. Qatil törədəcəyi qətli, şəhərlərin və qurbanlarının adlarına görə əlifba sırası ilə həyata keçirir.
Hər cinayət yerində isə “ABC dəmiryolu qatar cədvəli” buraxılır.
Detektiv Erkül Puaro həm bu müəmmalı qətllərin ardındakı gizli məntiqi,həm də qatilin əsl motivini ortaya çıxarmalı olur.