Gönderi

10/10
·144 syf.··
2025 38. kitabı
·
7 saatte okudu
·
Okunma: 20 Ağustos 2025 20:48
Kitab təxəyyülün məhsuludur, amma hisslər danışıb,kağıza töküləndə bəs necə? Şübhəsiz ki, itki çox bərbad, üzücü bir şeydir. Amma bir filmdə eşitmişdim ki, itkilərin ən pisi övlad itkisidir. Əsər də məhz bundan ibarətdir. Qeyd edim ki, əsər şairin həyatında baş vermiş bie hadisədir. 2015-ci ildə müəmmalı bir şəkildə 25 oğlunu itirir və ona dair olan bütün hisslərini qələmə tökür. Bir ananın övlad itkisindən ağır çox az şey var. Əsər bir az şeirlər, bir az qeydlərdən ibarətdir və sıralama bir şəkildə davam edir, hansı ki, ilk başda öIüm xəbərini aldığının qeydlərini, daha sonra yas dönəminin qeydlərini aparır. Ən sonda isə xatirələri danışır. Sonda hər şey xatirə olaraq qalmır mı?:) Əsərdə, həm fəlsəfə, bir az da hər şeydən var. Hisslərimizi üzgün olanda qələmə tökəndə necə fərqli olduğunu görürük bu əsərdə. Bir ananın oğul itkisini yalnız sözlərlə deyil, susqunluqlarla, parçalanmış cümlələrlə danışır. Ölümün götürdüyü hər şeyə qarşı, yaddaş və sevgi ilə müqavimət göstərir. Bu kitab oxucuya öyrədir ki, itki heç vaxt tam bitmir, amma onun içində yaşamağın, xatirələrlə nəfəs almanın yolu var.
Carl’ın Kitabı: Ölüm Senden Bir Şey Aldığında Onu Geri VerNaja Marie Aidt · Everest Yayınları · 2022242 okunma
·
113 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.