Bu kitab Tolstoyun 1870–1880-ci illərdə keçirdiyi dərin ruhi böhranın nəticəsi olaraq yazılıb. Həmin dövrdə Tolstoy artıq məşhur yazıçı idi, “Hərb və sülh”, “Anna Karenina” kimi əsərlərini yazmışdı. Amma buna baxmayaraq, həyatın mənası haqqında suallar onu çox narahat edirdi:
Niyə yaşayırıq?
Ölüm qarşısında həyatın mənası varmı?
Elm, sərvət, şöhrət – bunlar nə dərəcədə dəyərlidir?
Kitabda Tolstoy sanki öz ürəyini oxucuya açır. O, əvvəlcə inanclarını itirdiyini, hər şeyin mənasız göründüyünü danışır. Hətta intihar düşüncələri keçirdiyini etiraf edir. Sonra isə kəndlilərin sadə həyatına, onların səmimi imanına baxaraq, yenidən dini inanca yönəldiyini qeyd edir.
Əsərin əsas mesajı budur ki, insan həyatının həqiqi mənası iman, mənəviyyat və Allahla bağ qurmaqda gizlidir. Tolstoy burada kilsənin formal qaydalarından çox, saf və səmimi imanı önə çəkir