Puan vermedi·592 syf.····Okunma: 25 Ağustos 2025 21:29 Hekayənin baş qəhrəmanı Raskolnikov qətl törədir. O əslində sələmçi qadını öldürməyi planlasa da, onun bacısını da balta ilə qətlə yetirməli olur. Daha sonra Raskolnikov öz vicdanı ilə hesablaşır, əzab çəkməyə başlayır. Lakin, onun çəkdiyi əzab sələmçi qadını öldürdüyü üçün deyil, Rodion Romaniç Raskolnikov insan yox, “bit” əzib öldürdüyünü, qoca qarının öldürülməli olduğunu müdafiə edirdi. Lakin, qarının bacısını öldürmək hesabda yox idi. Onun planında qarını qarət edərək xəstlərə, yoxsullara kömək etmək var idi. Ancaq, çox şey qarət edə bilməmiş, çox az şey götürmüş və hər hansı bir küçədə daşın altında gizlədir. Bunu bacarıqsızlıq adlandırır və qorxaq olduğu üçün bacarıqsızlıq etdiyini qət edir və özünü bağışlamır, məhz buna görə özünü mühakimə edirdi. Əsər boyunca psixoloji mübarizə aparır.