·48 syf.····Okunma: 25 Ağustos 2025 22:01 Hərdən elə insanlar olur ki,onların sakitliyi,susqunluğu sözlərdən daha güclü təsir bağışlayır.Herman Melvillin “Katib Bartleby” əsərində də belə bir obrazla qarşılaşırıq.Bartleby sadə bir katibdir.Amma o,gündəlik işlərə qarşı qəribə bir passivlik nümayiş etdirir.İşdən imtina edərkən sadəcə “Mən bunu etməyi üstün tutmazdım”deyir.
Bu sadə cümlə,əslində,onun bütün həyat fəlsəfəsini ifadə edir.Bartleby heç kimə qarşı çıxmır,heç kəslə mübahisə etmir,amma cəmiyyətin mexaniki qaydalarına da boyun əymir.
Bartlebyinin faciəsi isə odur ki,bu susqun üsyan ona azadlıq gətirmir,əksinə,onu tənhalığa və ölümlə üz-üzə qoyur.