Gönderi

10/10
·465 syf.··
2025 16. kitabı
·
44 günde okudu
·
Okunma: 25 Ağustos 2025 23:08
Aytmatovun ən uzun kitablarından biridir, yəqin. Həcm olaraq böyük olması ilə yanaşı, mövzu olaraq da detallı işlənilib. Eyniylə "Gün var əsrə bərabər"dəki kimi personaj və mövzu baxımından zəngin kitabdır. Dini söhbətlər detallı işlənilib və dialoqlar şəklində oxucuya təqdim olunub. Açığı, həmin hissələr məndə ağır getdi, amma müəllifin müfəssəl araşdırma edib, yazdığı hiss olunurdu. Bir də reynkarnasiya məsələlərinə göndərmələr var idi kitabda. Avdiy, Akbara və İsa arasında əlaqələr sanki eyni adamın müxtəlif zamanlarda yaşadığına işarə kimi gəldi mənə. Ümumilikdə isə təbiəti mühafizədən insan münasibətlərinə, doğru bildiyini etməkdən vəhşi təbiətin detallı təsvirinə kimi bir çox mövzu yaxşı işlənib kitabda. Müəllifin çox diqqət ayırdığı hiss olunur.
Dişi Kurdun RüyalarıCengiz Aytmatov · Ketebe Yayınları · 20218,9bin okunma
·
30 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.