Gönderi

10/10
·372 syf.··
2025 8. kitabı
·
15 günde okudu
·
Okunma: 25 Ağustos 2025 23:23
Bu kitab oxuduğum digər kitablardan fərqli idi, belə son heç gözləmirdim. Kitabı oxumağı hamıya tövsiyə edirəm. Deməli, bu dedektiv kitabında Teymur adlı bir gənc cəbhədən yaralı vəziyyətdə gəlir, evlərinin olduğu küçədə çamadanı oğurlanır və onu öldürməyə çalışırlar. Xoşbəxtlikdən Teymur ölməyir, evinə gəlib çıxır amma başına gələnləri nə anası Cəvahirə, nə də qardaşı Seymura danışır. Sonradan Teymur ona bunu edənləri axtarıb tapmaq üçün milisdə işə girib. (Spoiler) Teymurun başına gələnlər başqalarının da başına gəlir, Teymur Güldəstəni (cinayətkar dəstəsinin üzvü) ələ keçirmək üçün əməliyyat keçirir, amma nə edirdisə də, heç bir səhvi olmayan Güldəstəni ələ keçirmək mümkün olmurdu. Çünki onu xəbərdar edən biri var idi. Bəlkə də Teymurun heç ağlına gəlməyən biri idi bu. Və bu əməliyyat uğursuz olmuşdu. 10 il sonra eyni əməliyyatı keçirən Teymur qardaşı Seymurun bu dəstənin üzvü olduğunu öyrənəndə dərindən sarsılır. Amma daha gec olur...
Cəbhədən CəbhəyəHəsən Seyidbəyli · Hədəf Nəşriyyatı · 2013110 okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.