·112 syf.··Beğendi
···Okunma: 28 Ağustos 2025 12:39 #30gün30kitab 28-ci gün
"Şahmat" əsəri insan ruhunun dərinliklərinə enən təsirli bir hekayədir. Bir gəmi səfərində təsadüfən qarşılaşan oyunçuların şahmat masası arxasında apardığı mübarizə sadəcə bir oyun deyil, həm də psixoloji döyüşdür. Əsərin mərkəzində isə uzun müddət tənhalığa və təcridə məhkum edilmiş Dr. B dayanır. Onun şahmat üzərində qurduğu daxili aləm həm qurtuluş, həm də yeni bir əsarətə çevrilir.