·387 syf.····Okunma: 30 Ağustos 2025 18:53 Və nəhayət. Bir nəfərin gözündən iraq, 387 səhifəlik kitabı 11 günə bitirdim. Jo Nesbonun ilk kitabı idi. Bəyəndim və çox güman ki, qalan kitablarını da oxuyacam gələcəkdə. Detektiv janrı ruhuma yaxindır deyəmi yoxsa həqiqətən də Nesbonun qələmi güclüdü deyəmi, kitab o qədər axıcı idi ki, arada özüm dayanırdım. Maraqda saxlayırdım özümü. Qətiyyən yormadı məni kitab. Harry Hole möhtəşəm idi. Hətta onu Şerlok Holms, Erkül Puaro, Miss Marple, Dupin kimi detektivlər sırasına da salmaq olar.
30.08 19:52