Şəban ayının əvvəllərində Mədinəyə yola düşdük. Bir gün səhər Bəqi qəbiristanlığında ziyarətlə məşğul idim. Birdən gördüm ki, bir vəhabi məmuru Bəqi qəbirstanlığından şəkil çəkmək istəyən bir uşağın kamerasını əlindən alıb. Tez irəli getdim, kameranı onun əlindən alıb uşağa qaytardım.
Sonra qəbiristanlığın sonuna tərəf getdim. Mən Ziyərat-i Aşura oxuya-oxuya Osman ibn Əffanın qəbrinin qarşısına çatdım. Həmin vəhabi məmur arxamca gəlirdi və mənə tərs-tərs baxırdı. Birdən yanıma gəldi, əlimdən tutdu və fars dilində uca səslə dedi:
“Nə dedin?! Lənət oxuyursan?!”
Dedim: “Xeyr, burax əlimi!” Amma o qışqırmağa davam etdi və səs-küy salaraq digər məmurları da ətrafına topladı. Elə bu anda birdən mənə baxdı və Həzrət Əli (ə) haqqında pis bir söz dedi.
Artıq səssiz qalmağı münasib bilmədim. Bir an belə düşünmədən onun üzünə bərk bir sillə vurdum. Dərhal dörd məmur üstümə hücum çəkdi və məni döyməyə başladılar. Onlardan biri çiynimə bərk bir zərbə endirdi ki, ağrısı aylarla məni incitdi. Bir neçə zəvvar irəli gələrək məni onların əlindən aldılar və tez ordan uzaqlaşdım.
Amma əməllərin hesablandığı anlarda Bəqi qəbiristanlığındakı bu hadisəni mənə göstərdilər və dedilər:
“Sən ixlasla və yalnız Mövla Əli (ə)-yə olan sevginə görə o məmurla əlbəyaxa oldun və çiynin zərər gördü. Buna görə sənə Mövla Əlinin(ə) uğrunda canını fəda etməyin savabı yazıldı!”
Qiyamətdə 3 dəqiqə / səh.40
Qeyd: Bu hadisə Səudiyyə Ərəbistanı məmurları ilə qarşıdurma üçün əsas olaraq istifadə edilməməlidir.