Gönderi

Puan vermedi·244 syf.··
2025 13. kitabı
·
8 günde okudu
·
Okunma: 02 Eylül 2025 01:07
Salam, əziz izləyicilər . Qaraqanın “Bir milyon dollarım olsaydı” əsərinin təhlilini sizinlə paylaşıram. Əslində hər bir insan həyatında ən azı bir dəfə belə bir sual verir: “Əgər birdən-birə çoxlu pulum olsa, ilk nə edərdim?” Qaraqan isə bu suala roman vasitəsilə cavab axtarır və göstərir ki, bəzən çox arzuladığımız şeylər bizi xoşbəxt etməklə yanaşı, mövcud xoşbəxtliyimizi də əlindən ala bilər. Əsərin mərkəzində Kərəm obrazı dayanır. Maraqlısı odur ki, Kərəm qəhrəman olmaq istəmir, çünki buna hazır deyil. Qaraqanın yaradıcılığı ilə tanış olanlar yaxşı bilirlər: o, tez-tez qəhrəmanlıq, məşhurluq və bunun gətirdiyi məsuliyyətlərlə mübarizə aparan obrazlar yaradır. Məsələn, “Art və Xaos” romanındakı Eyden kimi. Eyden də kənara çəkilmək, insanların gözündən itmək istəyir, məşhur olmaq istəmir, ona məşhurluq yük kimi gəlir. Kərəm də öz yükünü daşıya bilmir. Lakin bir milyon dolların gətirdiyi məsuliyyət onun çiyinlərinə ağır yük kimi düşür. Pul – zahirən xoşbəxtlik simvolu kimi görünsə də, onun həyatını alt-üst edir. Kərəm obrazı oxucuya ziddiyyətli təsir bağışlayır. Bir tərəfdən, o əvvəllər səmimi və yaxşı insan idi, digər tərəfdən isə pulun cazibəsi onun mənəvi dəyərlərini sarsıtdı. Oxucu olaraq mən Kərəmi sevmədim – çünki o, seçdiyi yolda daxili gücsüzlüyünü göstərdi. Bu da bir həqiqəti üzə çıxarır: insan yalnız var-dövlətlə deyil, mənəviyyatla güclüdür. Süjet dinamik və maraqlıdır, hadisələrin inkişafı oxucunu daim növbəti səhifəyə aparır. Xüsusən də final hissəsi gözlənilməz idi. Əsərin ən güclü tərəfi oxucunu düşündürmək, “xoşbəxtlik nədir?” sualını ortaya atmaqdır. Amma əsər haqqında iradım da var. Qaraqanın dili bəzi məqamlarda oxucunu yora bilir. Xüsusilə əsərin sonunda çoxsaylı adlıq cümlələrin işlədilməsi dinamikanı zəiflədir və mətnin axıcılığını azaldır. Bununla belə, ideya və mesaj baxımından əsər diqqətəlayiqdir. Ümumi təəssüratım: “Bir milyon dollarım olsaydı” müasir oxucunun həyat, pul və xoşbəxtlik barədə suallarına cavab axtaran bir romandır. Əsəri 10/7 olaraq dəyərləndirirəm.
Bir Milyon Dollarım OlsaydıQaraqan · Əli və Nino Nəşriyyatı · 20141,490 okunma
·
95 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.