Bilinməyən bir qadının məktubu..
7/10
·64 syf.··
2025 10. kitabı
Mən bu kitabı türkcə oxudum. Düzünü desəm, qətiyyəsizliklə almışdım və bəyənməyəcəyimi düşünürdüm. Oxumağa da həvəssiz başladım. Amma yanıltdı məni. Əlbəttə möhtəşəm kitabdır deyə bilmərəm, amma gözlədiyim qədər sıxıcı və maraqsız da olmadı. Bir çox səhifələrində həqiqətən qadının yaşadıqlarından mütəəssir oldum. Əsər başdan-sona adı məlum olmayan bir qadının sevdiyi adama yazdığı məktubdan ibarətdir. Məzmunu qısaca desəm; Qadın uşaq yaşlarındaykən binalarına gənc bir oğlan köçür. Bu kiçik qız ilk baxışdan oğlana böyük sevgiylə tutulur. İlk vaxtlar bu sadəcə bir uşaq marağı və həvəsi kimi görünsə də böyüdükcə "takıntı" halına gəlir və həqiqi qadın sevgisinə çevrilir. İş o həddə gəlir ki, illər sonra qadın kişidən hamilə qalır və ondan bir oğlan uşağı dünyaya gətirir. Lakin kişi heç bir zaman birlikdə olduğu qadının illər əvvəl eyni binada qaldığı kiçik həvəskarı olduğunu anlamır və uşaqdan heç vaxt xəbər tutmur. Çünki araya çoxdan uzaq məsafələr girmişdi. Beləcə qadın illərlə sevib , hava kimi, su kimi istədiyi adamın həsrətilə ondan uzaqda onun oğlunu böyüdür. Amma heç vaxt kimliyini bəlli etmir. Sonda-sevdiyi insandan yeganə yadigar qalan oğlunun öldüyünü görəndə kişiyə məktub yazmaq və ona bütün hisslərini bildirmək qərarına gəlir. Məktubda isə bildirir ki, bu məktub ona ölümündən sonra çatmış olacaq... Əvvəl oxuyanda dedim ki, bu kitab mənə görə deyil. Bir qadın bir kişiyə olan "takıntılı" və "şişirdilmiş" sevgisi. mənə görə bu həyatda heç kəs birini bu qədər sevməməlidir. Ümumiyyətlə, bu sevgi deyil, bu sadəcə psixoloji zəifliyin təzahürüdür. Əslində bitirəndən sonra da bu fikirdəyəm, amma daha qadını qınamıram. Anlayıram onu. Qadını qınaya bilmirəm, çünki o öz sevgisi ilə özündən başqa heç kəsə bir zərər vurmadı. Kənarda sakit, səssiz öz həyatını yaşadı. Əgər buna yaşamaq demək olarsa.. Qadının ən böyük istəyi kişi tərəfdən bircə dəfə də olsa tanınmağı idi, amma tanınmadı, sevdiyi onu heç vaxt tanımadı... Qadın hətta oğlunu belə övladı olduğu üçün deyil, sevdiyindən ona qalan tək parça olduğu üçün sevdi... O qədər sevir ki, qadın adamı heç nəyə görə günahlandırmır, hətta hər cümləsində ona təşəkkür edir... Deyir: "Ölməyim sənə acı versəydi əgər, bunu etməzdim"... Hər il sevdiyinin ad gününə ağ güllər yollayan qadın bu dəfə son sözlərini yollamışdı... Qadın adam üçün yaşadı, adam üçün öldü... Stefan Zweig məktubu oxuyandan sonra kişinin nə edəcəyinə, duyğularına elə də yer verməyib. Bu da onu göstərir ki, o sadəcə qadının sevgisinin aliliyini ön plana çıxarmaq istəyib və qalan şeylər olduqca əhəmiyyətsizdir.. (7.5/10)
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Martı Yayınları · 2018266,6bin okunma
·
32 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.