·224 syf.····Okunma: 06 Eylül 2025 23:29 Hesab edirəm ki, Beyhan Budak psixologiya bu qədər araşdırılıb danışıldığı dövrdə sadə və özünəməxsus çıxışları, izahları ilə öz ölkəsində məşhurluq qazandığı qədər Azərbaycanda da yeni öyrənilən bir sahənin öncüllərindən oldu. Xüsusilə resurs çatışmazlığı olduğunu nəzərə alsaq, ölkəmizdə böyük maraqla izlənir. Onun üslubunun bu qədər sevilməsinin səbəbi bizə bizdən biri olduğunu hiss etdirməsi, səhv etmək şansı verməsi və sosial şəbəkələrdə bütün günü beyin yuyan motivasiya çıxışları kimi təqdimat aparmadan insanı anlayan və onu bütün halıyla qəbul edən biri kimi danışmasıdır. Bu kitabı da digərləri kimi səmimi söhbətin içindəymişcəsinə təəssürat yaradırdı, amma bu dəfə psixoloq mövqeyindən yox, öz sıxıntılarından çarələr axtaran insan kimi yazmışdı. İnsanı şəfalandıran və sağalırmış kimi hiss etdirən üslubu var.